Kazanda 2-ci Beynəlxalq İƏT Modeli Qlobal Sammitinin İƏT XİN başçıları toplantısının simulyasiyası mərhələsinin rəsmi açılış mərasimi keçirilib

Kazanda 2-ci Beynəlxalq İƏT Modeli Qlobal Sammitinin İƏT XİN başçıları toplantısının simulyasiyası mərhələsinin rəsmi açılış mərasimi keçirilib
# 09 iyul 2012 08:13 (UTC +04:00)
İslam Konfransı Gənclər Forumundan APA-ya verilən məlumata görə, mərasimdə Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri və İƏT Gənclər Forumunun (İKGF) baş katibi Elşad İskəndərov, Türkiyə gənclər və idman nazirinin müavini Yusuf Təkin, Tatarıstan Prezident Administrasiyasının idarə rəisi Marat Qatin və Malayziya Beynəlxalq İslam Universitetinin prorektoru Sərdar Dəmirəl təbrik nitqi ilə çıxış ediblər.
(Qeyd edək ki, 4 iyulda seminar hissələri təntənəli mərasimlə başlamış tədbirin bu gün xarici işlər nazirləri toplantısı simulyasiyası hissəsi olan əsas plenar mərhələsinin rəsmi açılışı olub.)

Tədbirdə çıxış edən Tatarıstan prezidenti Rüstəm Minnixanov Tatarıstanın İƏT-ə üzv ölkələlər ilə əməkdaşlığına, xüsusən bu ölkələrin gənclər hərəkatında iştirakına xüsusi önəm verdiyini qeyd edərək gələcəkdə də İKGF-nin layihələrində aktiv iştiraka hazır olduğunu bildirib. İKGF baş katibi Elşad İskəndərov İƏT modelinin əhəmiyyəti və müsəlman ölkələri gənclərinin inkişafına yönəlmiş missiyası haqda danışıb. Nitqinin sonunda o, Tatarıstanın “Sələt” Gənclər Hərəkətının İKGF-yə üzv qəbul olunduğunu təsdiq edən şəhadətnaməni təşkilatın sədri Timur Süleymanova təqdim edib.

Kazan sammitində İƏT-ə üzv olan 50-ə yaxın ölkədən gəlmiş 200-ə qədər tələbə və gənc lider iyul ayının 3-dən 10-na qədər simulyasiya oyunlarında keçid ölkələri olan Tunis, Liviya və Misirdə siyasi stabilləşmə, nüvə enerjisinin istifadəsi, Balkan ölkələrində müsəlman azlıqları ilə bağlı olan məsələləri müzakirə ediblər. Gündəmdə gənc liderlər tərəfindən müzakirə olunacag əsas bəndlərdən biri Azərbaycanın işqal olunmuş ərazilərindəki vəziyyətdir. Bununla əlaqədar 9 iyulda model sammit itirakçıları üçün “Xocalıya Ədalət” Beynəlxalq İnformasiya Kampaniyasının təqdimatının keçirilməsi gözlənilir. Tədbirin yekun qətnamələri iyul ayının 10-da gəbul olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR