«AccsesBank» Avropadan 25 mln. dollarlıq sindikatlaşdırılmış kredit cəlb edəcək
![«AccsesBank» Avropadan 25 mln. dollarlıq sindikatlaşdırılmış kredit cəlb edəcək](https://apa.az/storage/news/2008/september/15/big/blank.jpg)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccsesBank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin sonuna kimi 25 mln. ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit cəlb edəcək. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətinin sədri Endryu Pospielovski bildirib.
E.Pospielovskinin sözlərinə görə, iki tranşla ayrılacaq kreditin formalaşmasında ən azı 10 Avropa bankı iştirak edəcək. Kreditin əsas təşkilatçısı rolunda isə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) çıxış edir: «Kreditin birinci tranşı bu ilin oktyabr-noyabr aylarında, ikinci tranşı isə dekabrda ayrılacaq. Kreditlər bankın siyasətinə uyğun olaraq Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına sərf ediləcək».
Xatırladaq ki, «AccsesBank» 2002-ci oktyabr ayından Azərbaycan Mikromaliyyəşəldirmə Bankı kimi fəaliyyətə başlayıb və bu ilin sentyabr ayında brendi dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 175,677 mln. manat, kredit portfeli 147,560 mln. manat, depozit portfeli 10,016 mln. manat, məcmu kapitalı 37,589 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 18 filialı fəaliyyət göstərir.

Maliyyə
![Rabitəbank Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub](https://apa.az/storage/news/2024/june/15/big/666da79950898666da799508991718462361666da79950896666da79950897.jpeg)
Rabitəbank Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub
![Dünya fond bazarlarının əsas indeks göstəriciləri](https://apa.az/storage/news/2024/june/15/big/666d35903907a666d35903907b1718433168666d359039078666d359039079.jpg)
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
![Kapital Bank istiqrazlarının 2-ci tranşının abunə yazılışına start verilib](https://apa.az/storage/news/2024/june/14/big/666c42ec9b19c666c42ec9b19d1718371052666c42ec9b19a666c42ec9b19b.png)
Kapital Bank istiqrazlarının 2-ci tranşının abunə yazılışına start verilib
![Accessbank istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib](https://apa.az/storage/news/2024/june/14/big/666c307b72940666c307b729411718366331666c307b7293e666c307b7293f.png)