Metyu Brayza: “Gürcüstan hadisələrindən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsi mümkün deyil”
18 sentyabr 2008 14:46 (UTC +04:00)
APA-nın xəbərinə görə, sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. Bununla belə, M. Brayza Minsk Qrupunun fəaliyyətinin davam etməsini zərurəti sayır: “Əgər Rusiya Saakaşvili və Fransa prezidenti Nikola Sarkozi qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, ümidvaram ki, biz Minsk Qrupu çərçivəsində fəaliyyəti davam etdirə bilərik”.
M. Brayza qeyd edib ki, avqust ayında Rusiya Gürcüstanın ərazi bütövlüyünü pozub və birbaşa Gürcüstana müdaxilə edib: “Bu da onu göstərir ki, Minsk Qrupu əvvəllər necə fəaliyyət göstərirdisə, bu cür davam edə bilməz. Amma mən düşünürəm ki, biz Minsk Qrupunun fəaliyyətinin bərpasına qayıtmaq yolundayıq. Rusiya da görür ki, onun atdığı addımlar beynəlxalq imicinə ziyan vurub”.
“Hər dəfə Azərbaycana gələndə ölkə hökumətinin nümayəndələri mənə ABŞ-ın Qarabağ münaqişəsinin həllinə daha yüksək səviyyədə müdaxilə etməsini istədiklərini bildirirlər” deyən M. Brayza ümid etdiyini bildirib ki, gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Dağlıq Qarabağla bağlı danışıqların daha aktiv davam etməsi mümkün olacaq.

Xarici siyasət
Əli Əsədov anım mərasimində iştirak etmək üçün İrana səfər edəcək
09:39
22 may 2024
İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
18:28
21 may 2024
Ceyhun Bayramov Ukraynanın yeni səfiri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
18:18
21 may 2024
Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib
16:26
21 may 2024