Azərbaycanla Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə dair razılıq əldə olunub

Azərbaycanla Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə dair razılıq əldə olunub
# 03 dekabr 2008 12:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən həftə Karaçidə (Pakistan) keçirilən V Beynəlxalq Müdafiə Məhsulları Sərgisi (İDEAS-2008) çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Pakistanın müdafiə istehsalı naziri Əbdül Qəyyum Xan Cədun və müdafiə naziri Çaudri Əhməd Muxtarla görüşlər keçirib. Bu barədə «APA-Economics»ə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşlər zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb. Nəticədə, əməkdaşlığın konkret sahələrinin müəyyənləşdirilməsi üçün ümumi razılıq əldə edilib.
Qeyd edək ki, İDEAS-2008 sərgisində 29 ölkədən 256 şirkət və təşkilat təmsil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR