AZAL Milan və Parisə uçuşların sayını iki dəfə artıracaq

AZAL Milan və Parisə uçuşların sayını iki dəfə artıracaq
# 16 aprel 2009 15:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Hava Yolları (AZAL) yay aylarında Fransanın paytaxtı Paris və İtaliyanın Milan şəhərinə uçuşların sayını iki dəfə artıracaq. AZAL-dan APA-ya verilən məlumata görə, hazırda həftədə iki dəfə həyata keçirilən reyslərin sayı yay turizm mövsümünün başlanması ilə əlaqədar 4-ə çatdırılacaq. Bununla yanaşı, AZAL iyundan Türkiyənin Antalya şəhərinə də uçuşlar təşkil etməyi nəzərdə tutur. Hazırda AZAL-ın xətti ilə bu şəhərə reyslər həyata keçirilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR