Türkiyənin turizm şirkəti Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir

Türkiyənin turizm şirkəti Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir
# 17 aprel 2009 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Türkiyənin «Bilban Tourism» şirkəti Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə şirkətin nümayəndəsi Nuri Rüstəmov məlumat verib. N. Rüstəmovun sözlərinə görə, hazırda Azərbaycanda turistik səyahətlərə mövcud tələbatın araşdırılması aparılır: «Biz Azərbaycanda ilk dəfədir ki, fəaliyyətə başlamışıq və hazırda ölkənin bazarını dərindən öyrənirik. Tələbat lazımi səviyyədə olarsa, Azərbaycanda nümayəndəliyimizin açılması istisna olunmur».

N. Rüstəmov onu da bildirib ki, hazırda Türkiyənin kurortlarında istirahət qiymətləri 5-10% düşüb. Bu isə qlobal maliyyə böhranı ilə əlaqədardır.

Qeyd edək ki, «Bilban Tourism» şirkəti Türkiyənin bütün kurortlarına turist səyahətləri təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR