Qobustan qoruğunda müasir standartlara cavab verən infrastrukturun yaradılmasına başlanılıb

Qobustan qoruğunda müasir standartlara cavab verən infrastrukturun yaradılmasına başlanılıb
# 20 aprel 2009 10:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Qobustan Dövlət Tarix-Memarlıq Qoruğunda müasir standartlara cavab verən muzeyin tikintisinə və infrastrukturun yaradılmasına başlanılıb. APA-nın məlumatına görə, bu barədə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, Qobustan muzeyinin gələn ilin sonunda istifadəyə verilməsi gözlənilir. Nazir deyib ki, muzey yaradılandan sonra Qobustan qoruğunun inzibati sərhədləri müəyyənləşdiriləcək: ”Növbəti mərhələdə qoruğun sərhədlərini qorumaq üçün xüsusi avadanlıqlar quraşdırılacaq, mehmanxana kompleksi yaradılacaq. Amma ilk növbədə qoruğun sərhədləri müəyyənləşdirilməlidir ki, insanlar məkrli niyyətlərlə ora daxil ola bilməsinlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR