«Adventures Land Tours» turizm şirkəti Azərbaycanda nümayəndəlik açacaq

«Adventures Land Tours» turizm şirkəti Azərbaycanda nümayəndəlik açacaq
# 21 aprel 2009 10:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) «Adventures Land Tours» turizm şirkəti Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə şirkətin meneceri xanım Olqa Krasota məlumat verib.
O.Krasotanın sözlərinə görə, artıq şirkətin MDB məkanında Qazaxıstan və Ukrayna kimi ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir: «Hazırda biz Azərbaycanda müvafiq qurumlarla burada nümayəndəliyimizin açılmasına dair danışıqlar aparırıq. Azərbaycanda nümayəndəliyimizin 2009-cu il ərzində açılması istisna olunmur».
Qeyd edək ki, «Adventures Land Tours» şirkətinin baş ofisi Dubayda yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR