Rəhim Hüseynov: «Azərbaycandakı otel və qonaq evlərində xidmətlər aşağı səviyyədədir»

Rəhim Hüseynov: «Azərbaycandakı otel və qonaq evlərində xidmətlər aşağı səviyyədədir»
# 21 aprel 2009 11:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən otel və qonaq evlərində təklif olunan servis və xidmətlər aşağı səviyyədədir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Rəhim Hüseynov bildirib.
R.Hüseynovun sözlərinə görə, Azərbaycanda turizm sahəsinə böyük həcmdə sərmayələr yatırılıb: «Lakin qonaq evləri və otellərdə göstərilən servis və xidmətlər aşağı səviyyədədir. Bu problemin aradan qaldırılması üçün orada çalışan personal üçün treninq və tədris proqramları keçirmək lazımdır».
R.Hüseynov onu da bildirib ki, Azpromo-nun təklifi olaraq treninqlərin keçirilməsinə və turizm sahəsində bir sıra digər problemlərin aradan qaldırılması üçün bu sektora investisiya yatırılmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR