“Şahdağ” Qış-Yay Turizm Kompleksində kommunikasiya xətlərinin çəkilməsinin layihələndirilməsi işlərinə başlanılıb

“Şahdağ” Qış-Yay Turizm Kompleksində kommunikasiya xətlərinin çəkilməsinin layihələndirilməsi işlərinə başlanılıb
# 23 aprel 2009 11:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Qusarda inşa olunan müasir tipli “Şahdağ” Qış-Yay Turizm Kompleksində artıq təyinat yerinə kommunikasiya xətlərinin çəkilməsinin layihələndirilməsi işlərinə başlanılıb. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan prezidentinin iştirakı ilə Nazirlər Kabinetinin bu ilin I rübünün yekunlarına həsr olunmuş iclasında çıxışında bildirib. Nazirin sözlərinə görə, Azərbaycan, Avstriya, Almaniya və İsveçrə şirkətlərinin 3 il ərzində bununla bağlı apardıqları müxtəlif layihələndirmə, o cümlədən memarlıq-planlaşdırma, texniki-iqtisadi əsaslandırma, mühəndis-axtarış, iqlim ölçüləri və geoloji kəşfiyyat işləri tamamlanıb: “2009-2011-ci illərdə otelin, şəhərciyin mərkəzi meydanın, 2 əsas qaldırıcı qurğu stansiyasının tikilməsi, 8 qaldırıcı qurğunun və süni qar istehsal edən avadanlıqların quraşdırılması, daxili yolların, infrastruktur sistemlərinin yaradılması nəzərdə tutulur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR