Ukraynanın «Royal Spa» turizm şirkəti Azərbaycanda nümayəndəlik açacaq

Ukraynanın «Royal Spa» turizm şirkəti Azərbaycanda nümayəndəlik açacaq
# 06 may 2009 10:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ukraynanın «Royal Spa» turizm şirkəti Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə şirkətin meneceri xanım Viktoriya Qreşşuk məlumat verib.
V.Qreşşukun sözlərinə görə, hazırda şirkətlə Azərbaycanın müvafiq qurumları arasında nümayəndəliyin açılmasına dair danışıqlar aparılır: «Lakin onu deyə bilərəm ki, bizim nümayəndəliyin Bakıda açılması artıq 2009-cu il ərzində həyata keçirilə bilər».
Qeyd edək ki, «Royal Spa» Ukraynanın kurortlarından biri olan Truskovets şəhərinə turlar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR