Bank Of Baku

Azərbaycanın turizm sahəsində tariflərin ciddi azaldılması gözlənilmir

Azərbaycanın turizm sahəsində tariflərin ciddi azaldılması gözlənilmir
# 19 may 2009 13:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın turizm sahəsində mövcud tariflərin ciddi azaldılmasından söz gedə bilməz. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Nazirin sözlərinə görə, hazırda ölkənin bir sıra bölgələrində istirahət mərkəzlərində xidmət tarifləri azaldılıb: «Müşahidələrə əsasən, həftənin şənbə və bazar günlərində ölkənin bir çox turist komplekslərində boş yer belə olmur və əgər hazırkı qiymətlərlə insan axını varsa, onda ciddi qiymət endirimindən söz gedə bilməz».

Ə.Qarayev onu da qeyd edib ki, mehmanxana, otel, istirahət və turist zonalarının çox hissəsi özəl sektora aid olduğuna görə, oradakı tariflər dövlət tərəfindən tənzimlənə bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR