Bank Of Baku

Azərbaycanlı iş adamının otelinin açılışına Ərdoğanla yanaşı, Meray Keri, Monika Belucci, Şaron Stoun, Riçard Gir də qatılacaq

Azərbaycanlı iş adamının otelinin açılışına Ərdoğanla yanaşı, Meray Keri, Monika Belucci, Şaron Stoun, Riçard Gir də qatılacaq
# 22 may 2009 13:53 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, açılış mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, mədəniyyət və turizm naziri Ərtoğrul Günay da iştirak edəcək. Açılışa Meray Keri, Şaron Stoun, Monika Belucci, Riçard Gir, Sial, Tom Cons kimi dünya şöhrətli müğənnilər və Hollivud ulduzları da dəvət olunub. Ümumən mərasimə 600 nəfər dəvət edilib.
Qeyd edək ki, 180 min kvadrat metr ərazidə inşa olunmuş “Mardan Palace” otelinin tikintisi və interyerinin qurulmasının 1,2-1,4 milyard dollara başa gəldiyi bildirilir. Otel İstanbulun məşhur tarixi-memarlıq abidəsi – Dolmabağça Sarayında bənzər şəkildə inşa edilib. Otelin hovuzu 24 min kvadrat metr böyüklüyündədir və İstanbul boğazını xatırladır. 500 otaq və 20 villadan ibarət lüks mehmanxanada nömrələrin qiyməti 400 avrodan 20 min avroya qədər olacaq. Otel üçün hər birinin qiyməti 80 min avro olan antik stullar alınıb, çəngəl-bıçaqlara isə 17 milyon dollar xərclənib. Kompleksdə 16 restoran, 32 bar var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR