Bank Of Baku

Misir Turizm Nazirliyinin əməkdaşlarının Azərbaycana infoturu təşkil edilib

Misir Turizm Nazirliyinin əməkdaşlarının Azərbaycana infoturu təşkil edilib
# 02 iyun 2009 12:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə Misirin Turizm Nazirliyinin əməkdaşlarının, turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycana infoturu təşkil edilib. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov APA-ya verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda infotur səfərində olmuş Misir Ərəb Respublikası Turizm Nazirliyinin əməkdaşları, habelə bu ölkənin turizm şirkətləri və KİV nümayəndələrindən ibarət nümayəndə heyəti Bakı şəhəri ilə yanaşı, Qəbələ, Şəki, Qax və Quba şəhərlərində səfərdə olublar. Səfərin təşkil olunmasında əsas məqsəd paytaxtla yanaşı bölgənin turizm potensialı ilə daha yaxından tanış olmaq, habelə gələcəkdə hər iki ölkə arasında turizm sahəsində əməkdaşlığa, qarşılıqlı turist mübadiləsinə nail olmaqdır. Bölgələrə səfər çərçivəsində misirli qonaqlar Qəbələ, Şəki, Qax və Quba rayonunda turizm potensialına malik olan yerlərlə, həmçinin mədəni və tarixi memarlıq abidələri ilə yanaşı Bakıda və bölgələrdə fəaliyyət göstərən mehmanxanaların işi ilə yaxından tanış olublar. İnfotur çərçivəsində Misir nümayəndə heyəti ilə turizm şöbəsinin müdiri Aydın İsmiyev və yerli turizm şirkətləri arasında işgüzar görüş də keçirilib. Görüşdə ölkələr arası uçuşların təşkil edilməsi, turların təşkili barədə fikir mübadiləsi aparılıb, ölkəmizin turizm potensialını əks etdirən çap məhsulları təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR