Bank Of Baku

Turizm İnstitutunda elektron təhsillə bağlı seminar keçiriləcək

Turizm İnstitutunda elektron təhsillə bağlı seminar keçiriləcək
# 06 iyun 2009 10:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Turizm İnstitutunda elektron təhsillə bağlı seminar keçiriləcək. İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 8-dən 13-dək keçiriləcək seminarda elektron təhsilin həyata keçirilməsi prosesi, onun fərqli üsulu və modellərindən söhbət açılacaq. Layihə tədbir iştirakçılarının aid olduqları təhsil müəssisəsində pilot elektron təhsil kursu ilə nəticələnəcək. Seminarda Almaniyadan olan mütəxəssislər Julia Jaqer və Lüdviq Hinkofer müvafiq mövzular üzrə məruzə edəcəklər. Seminar İnWEnt şirkəti tərəfindən Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin təşəbbüsü ilə “Qafqazda elektron təhsil üçün institusional quruculuq və insan resurslarının inkişafı” layihəsi çərçivəsində həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR