Bank Of Baku

Azərbaycanda yay turizm mövsümünə start verilib

Azərbaycanda yay turizm mövsümünə start verilib
# 11 iyun 2009 17:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda yay turizm mövsümünün başlanması ilə əlaqədar bu gün Novxanıda mərasim keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ölkə rəhbərliyinin turizmin inkişafına diqqəti barədə danışıb, bu sahə ilə bağlı qəbul olunan proqramlar haqqında məlumat verib.

Ə. Qarayev jurnalistlərə açıqlamasında bildirib ki, indiyədək Azərbaycanda 258 mehmanxana lisenziya alıb. Son iki ayda lisenziya alan turizm müəssisələrinin sayı isə 58-dir: “Ölkədə yaradılan yeni turizm müəssisələrin rəhbərləri lisenziya almaq məsələsinə çox diqqətlə yanaşırlar. Hər il Azərbaycanda 30-35 yeni turizm müəssisəsi tikilir. Bu ilin sonuna qədər isə Azərbaycanda 56 turizm müəssisəsi istifadəyə veriləcək”.

Ə. Qarayev Azərbaycanda turizm müəssisələrində qiymətlərin aşağı düşməməsinin səbəbini həmin müəssisələrin kifayət qədər müştərisinin olması ilə izah edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR