Bank Of Baku

Turizm üçün ən təhlükəli dövlətlərin adları açıqlanıb

Turizm üçün ən təhlükəli dövlətlərin adları açıqlanıb
# 01 iyul 2009 09:59 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, siyahıya Əfqanıstan, İraq, Somali kimi ölkələr başçılıq edir. Buna səbəb isə həmin ölkələrdəki silahlı münaqişələrin davam etməsidir.

Bundan başqa, siyahıda hazırda daxili siyasətində böhran dövrünü yaşayan Boliviya, cinayətkarlığın həddən çox olduğu və turistlərə basqın halları müşahidə olan Honduras, teror aktları və adam oğurluğu təhlükəsi olan Kolumbiya, həmçinin qeyri-cəlbedici olan Liviya, Fici və Şimali Koreya yer alıb.

Onu da qeyd edək ki, Azərbaycanın yaxın qonşusu – Gürcüstan da turizm üçün təhlükəli ölkələr sırasına aid edilib. Buna, hazırda Rusiya ilə Gürcüstan arasındakı qeyri-sabit münasibətlər səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR