Bank Of Baku

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə “Vokruk sveta” nəşriyyatı arasında saziş imzalanıb - FOTO

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə “Vokruk sveta” nəşriyyatı arasında saziş imzalanıb - <font color=red>FOTO</font>
# 01 iyul 2009 12:00 (UTC +04:00)
Moskva. R. Mətləboğlu-APA. Bu gün Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə “Vokruk sveta” nəşriyyatı arasında saziş imzalanmasına həsr olunmuş mərasim keçirilib. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, “Azərbaycan” sorğu kitabçasının hazırlanması və nəşrinə dair sazişi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və “Vokruk sveta” nəşriyyatının icraçı direktoru Leonid Naumov imzalayıblar. İmzalanma mərasimindən sonra çıxış edən Əbülfəs Qarayev bildirib ki, imzalanmış saziş Azərbaycan haqqında informasiyaların daha geniş auditoriyaya çatdırılmasına imkan verir. O, qeyd olunan layihənin Azərbaycana turist axınını artıracağına və müasir Azərbaycan potensialına marağı yüksəldəcəyinə inandığını deyib.

APA-nın Moskva müxbirinə açıqlama verən Leonid Naumov bildirib ki, bu, Azərbaycan haqqında rus dilində nəşr olunacaq ilk sorğu kitabçası olacaq. O, sorğu kitabçasının oktyabrdan satışa çıxarılacağını və iki il ərzində satışda olacağını deyib. Daha sonra isə sorğu kitabçası yenilənəcək. Naumov sorğu kitabçası haqqında məlumatın hər gün 28 min nəfər istifadəçinin daxil olduğu “Vokruk sveta” saytında yerləşdiriləcəyini də deyib: “Mən özün heç zaman Azərbaycanda olmamışam, amma sorğu kitabçasını oxuduqdan sonra mütləq bu ölkəyə səfər etmək istəyəcəyəm”. 5 min nüsxə ilə çap olunacaq sorğu kitabçası 432 min rubla başa gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR