Bank Of Baku

Azərbaycanda 60-dək otel bağlanıb

Azərbaycanda 60-dək otel bağlanıb
# 08 iyul 2009 08:52 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Ə.Qarayevin sözlərinə görə, sənədləşmə işləri aparılmasa, bu otellərin fəaliyyətinə yay mövsümünün sonuna qədər icazə verilməyəcək.

Azərbaycanda 250-dən artıq otelin Mədəniyyət və Turizm Nazirliyindən lisenziya aldığını deyən Ə.Qarayev hazırda daha 60-a yaxın müraciətə baxıldığını vurğulayıb.

«Bu gün Azərbaycanda ulduz almış otellərin sayı 70-dir. Nabranda fəaliyyət göstərən 2 otel ulduz almaq üçün müraciət edib. Hazırda bu otellərin müraciəti araşdırılır», - deyə nazir vurğulayıb.

Ə.Qarayev cari ildə Azərbaycana gələn turistlərin sayında azalma olmadığını, əksinə artımın baş verdiyini desə də bunun nə qədər olduğunu ilin birinci yarısının statistikası hazır olmadığından açıqlamayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR