Bank Of Baku

Əbülfəs Qarayev “donuz qripi”nin Azərbaycanda turizmin inkişafına təsir göstərəcəyindən ehtiyatlanır

Əbülfəs Qarayev “donuz qripi”nin Azərbaycanda turizmin inkişafına təsir göstərəcəyindən ehtiyatlanır
# 31 iyul 2009 13:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Arzulayardım ki, A/H1N1 qripinin aşkarlanması Azərbaycanda turizmin inkişafına təsir göstərməsin. Turizm elə istiqamətdir ki, istər-istəməz insanlar bir yerdən başqa yerə gedir, müxtəlif insanlarla ünsiyyətdə olurlar. Ona görə də bu təhlükə mövcuddur”. APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, xəstəliyə Səhiyyə Nazirliyi tərəfindən çevik reaksiya verilməsi onun geniş yayılmaması ilə bağlı lazımi ölçülərin götürüləcəyindən xəbər verir: “Biz bütün turistlərimizi turist şirkətlərinin vasitəsilə xaricə göndərəndə onlara xəstəliklə bağlı xüsusi təlimatlar veririk. Bundan başqa, bir ölkədən digər ölkəyə keçəndə də kimdə son vaxtlar hansı xəstəliklər müşahidə olunubsa, qeyd edilir”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Azərbaycanda iki nəfərdə A/H1N1 (“donuz qripi”) virusunun aşkarlandığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR