Bank Of Baku

Əbülfəs Qarayev Bülbülün Şuşadakı ev muzeyində qondarma “DQR”-in abidələri muzeyinin yaradılması məsələsinə münasibət bildirib

Əbülfəs Qarayev Bülbülün Şuşadakı ev muzeyində qondarma “DQR”-in abidələri muzeyinin yaradılması məsələsinə münasibət bildirib
# 31 iyul 2009 13:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bülbülün Şuşada yerləşən ev muzeyində qondarma “Dağlıq Qarabağ Respublikası”nın abidələrinin muzeyinin yaradılması məsələsinə münasibət bildirib. APA-nın məlumatına görə, nazir deyib ki, Azərbaycan hökuməti buna mane olmağa çalışacaq: “Fiziki baxımdan buna mane olmaq hələlik çətindir. Amma biz buna hazır olmalıyıq. Azərbaycan özünə məxsus olan sərvətlərini kiməsə vermək niyyətində deyil. Biz öz sərvətlərimizi tanıtmalı və qorumalıyıq. Əminəm ki, siyasi saziş imzalanandan sonra bütün bu məsələlər öz yerini tapacaq. Lakin hazırda müharibə tək cəbhədə getmir. Ermənilərin təcavüzkar hərəkəti bu gün bizim mədəniyyətimizdə də hiss olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR