Bank Of Baku

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi lisenziya almayan mehmanxanaların adlarını açıqlayıb

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi lisenziya almayan mehmanxanaların adlarını açıqlayıb
# 08 avqust 2009 08:37 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qurum yerli və xarici turistlərə, həmçinin turizm şirkətlərinə bu obyektlərin xidmətlərindən istifadə etməməyi tövsiyə edib.

Nazirlik həmin obyektlərin siyahılarını turist və turist şirkətlərinin diqqətinə çatdırıb. Bakı şəhərində “The Landmark Hotel-Baku”, “Royal Park Hotel”, “Smart Hotel” və “Qala” mehmanxanaları lisenziyasız fəaliyyət göstərir.

Nazirlik Azərbaycan üzrə ümumilikdə 150 mehmanxana, motel, istirahət mərkəzi, müalicə pansionatının fəaliyyət göstərdiyini bildirib və onların siyahısını tərtib edib. Onlardan 4-ü Bakıda, 1-i Sumqayıtda, 3-ü Xızı rayonunda, 1-i Siyəzən rayonunda, 5-i Dəvəçi rayonunda, 17-si Quba rayonunda, 6-sı Qusar rayonunda, 35 Xaçmaz rayonunda, 13-ü Şəki-Zaqatala zonasında, 26-sı Dağlıq Şirvan zonasında, 9-u aran zonasında, 24-ü Masallı-Lənkəran zonasında, 13-ü Gəncə-Qazax zonasında yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR