Bank Of Baku

Azərbaycanda turizm sahəsi üzrə yeni standartlar qəbul olunub

Azərbaycanda turizm sahəsi üzrə yeni standartlar qəbul olunub
# 10 avqust 2009 13:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi turist-ekskursiya xidmətlərinə aid üç standart təsdiq edib.

Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təsdiq olunan AZS 369-2009 standartı turistlərin yaşaması üçün ayrılmış mehmanxana və mehmanxana tipli obyektlərə şamil edilir. Sənəddə mehmanxana və mehmanxana tipli obyektlərin növü, ümumi tələblər və xidmətlər müəyyən olunur.

İkinci, AZS 370-2009 standartı turist marşrutlarının təsnifatını, işlənmə tələblərini müəyyənləşdirir. Standart turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması məqsədilə istifadə oluna bilər.

Üçüncü, AZS 371-2009 standartı isə turist-ekskursiya fəaliyyəti sahəsində standartlaşdırma üzrə sənədləri hazırlayan təşkilatlara, eləcə də bu fəaliyyət növü ilə məşğul olan müəssisələrə şamil olunur. Bu standartla müəyyən olunmuş terminlər standartlaşdırma, sertifikatlaşdırma və keyfiyyətin idarə olunması işlərinə aid olan və turist-ekskursiya xidməti sahəsində istifadə olunan bütün növ sənədlərin tətbiqi üçün vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR