Bank Of Baku

Əbülfəs Qarayev: “Azərbaycanda turizm sahəsində servisin səviyyəsini qaldırmaq üçün daha çox peşə məktəbləri açılmalıdır”

Əbülfəs Qarayev: “Azərbaycanda turizm sahəsində servisin səviyyəsini qaldırmaq üçün daha çox peşə məktəbləri açılmalıdır”
# 17 avqust 2009 11:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Ötən il biz turizm sahəsində 40 faiz artım müşahidə etdik və bu artım real olaraq, yəni Azərbaycana gəlmiş turistlərin sayı ilə bağlıdır. Çox böyük narahatlıq və şübhələr var idi ki, bu ilin əvvəlində dünyada gedən böhranla bağlı Azərbaycana gələn insanların sayı azalacaq. Amma Azərbaycana gələn turistlərin sayı yarım ilin yekunlarına görə azalmayıb, hətta 200-230 nəfər çox turist gəlib”. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir deyib ki, dünyada bir sıra ölkələrin turistlərinin sayında azalma hiss olunsa da, bu hal Azərbaycana aid deyil: “Tendensiya sözsüz ki, 40 faiz haqqında gedə bilməz. Amma müsbət irəliləyiş var və bu ilin əvvəlindən dünyada təxminən 20-25 ölkə var ki, 30-35 faizə qədər turistlərin sayını itiriblər. Azərbaycan isə turist itirməyib. Biz yay mövsümünün yekunlarını sentyabrın 27-də hesablayacağıq. İlin yekunlarında isə biz 3-5 faiz artım olacağını gözləyirik”. Nazir turizm sahəsində aparılan monitorinqlərin nəticələrindən də danışıb: “Bizi monitorinqlər zamanı çox narahat edən bir neçə məsələ ortaya çıxdı, amma bunların öhdəsindən gəldik. Bəzi yerlərdən şikayətlər də var idi. Zonalarda qidaların hazırlanmasında sanitar qaydalara əməl olunmasında problemlər vardı. Artıq biz operativ olaraq bunları həll etdik. Amma bu tendensiya sınmalıdır. Çünki gələn il Azərbaycan Turizm İnstitutunun ilk buraxılışı olacaq, onların yeni iş yerləri ilə təmin olması ilə bağlı məsələ həll olmalıdır. Biz 60-a yaxın tələbəni xaricdə təcrübə keçməyə göndərmişik. İndi onları elə müəssisələrdə yerləşdirmək lazımdır ki, onlar öz biliklərini tətbiq edə bilsinlər. Azərbaycanda nə qədər sürətli kadr hazırlığı getsə, bu ölkə üçün yaxşıdır. Bunun üçün çoxlu peşə məktəbləri formalaşmalıdır, çünki peşə məktəbi biliyin, savadın, işin peşəkar səviyyədə öyrənilməsinə yardım edir. Azərbaycanda turizm sahəsində servisin səviyyəsinin artırılması üçün daha çox peşə məktəbləri açılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR