Bank Of Baku

Bu ilin sentyabrında Azərbaycanda fəaliyyət göstərən bir neçə otelin ulduzu geri alınacaq

Bu ilin sentyabrında Azərbaycanda fəaliyyət göstərən bir neçə otelin ulduzu geri alınacaq
# 17 avqust 2009 11:35 (UTC +04:00)
Nazir bildirib ki, bir neçə oteldən ulduzun geri alınmasının səbəbi onların yüksək səviyyəli xidmət təşkil edə bilməmələridir: “Azərbaycanda fəaliyyət göstərən otellərdə ulduzların dərəcəsini aşağı salmaq haqqında danışa bilmərik, çünki bizdə belə nümunə yoxdur. Ulduzları alan otellərin hamısı bu məsuliyyəti dərk edib o ulduzlara uyğun olaraq xidmət təqdim etmək istəyirlər. Amma elə yerlər var ki, lisenziyanı aldılar, amma xidmət uğurlu davam etdirilmədi. Yəqin ki, sentyabrda bir-iki oteldən ulduzları almağa məcbur olacağıq”.

Ə. Qarayev paytaxtdakı otellərdə qiymətin dəyişilməz qaldığını, regionlardakı bəzi otellər isə 15-20 faiz azalma olduğunu qeyd edib: “Biz həmişə deyirik ki, bazarda nə qədər çox təklif olsa, o qədər də yaxşı rəqabət mühiti olacaq. Ötən ilə müqayisədə Bakıda qiymətlərin enməsi müşahidə olunmasa da, regionlarda təxminən 15-20 faiz endirim var. Bu yay mövsümünün yekunları hazırlananda dəqiq rəqəmlərlə danışa biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR