Bank Of Baku

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin başçılıq etdiyi ekspedisiya Afrikadakı Uhuru zirvəsinə yürüşü başa çatdırıb

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin başçılıq etdiyi ekspedisiya Afrikadakı Uhuru zirvəsinə yürüşü başa çatdırıb
# 17 avqust 2009 14:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi birinci Azərbaycan-Afrika ekspedisiyası Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə yürüşü başa çatdırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ekspedisiya Azərbaycan bayrağını, eləcə də Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” və “Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli” sözləri yazılmış vımpelləri dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən Uhuru zirvəsinə qaldırıblar.

Qeyd edək ki, ekspedisiya Azərbaycandan avqustun 11-də yola düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR