Bank Of Baku

Azərbaycan Fransada keçiriləcək “TOPRESA” beynəlxalq turizm sərgisinə dəvət olunub

Azərbaycan Fransada keçiriləcək “TOPRESA” beynəlxalq turizm sərgisinə dəvət olunub
# 28 avqust 2009 10:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan ilk dəfə olaraq sentyabrın 22-25-də Fransada keçiriləcək “TOPRESA” beynəlxalq turizm sərgisinə dəvət olunub. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin təbliğat və marketinq sektorunun müdiri Səbinə Kərimova məlumat verib. Sərgidə Azərbaycanı nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək. Sərgidə Azərbaycanın turizm potensialının nümayiş olunması üçün 62,5 kvadratmetr stend icarəyə götürülüb. S. Kərimovanın bildirdiyinə görə, burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ olunacaq. Sərgidə Azərbaycanın milli rəqslərini ifa etmək üçün 8 nəfərlik rəqs qrupu da Fransaya ezam olunacaq. Sərgiyə həmçinin Azərbaycanın 7 turizm şirkəti də qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR