Bank Of Baku

Azərbaycandakı səyahət agentlikləri «Merlin Online» Rezervasiya Sisteminin tətbiqinə maraq göstərir

Azərbaycandakı səyahət agentlikləri «Merlin Online» Rezervasiya Sisteminin tətbiqinə maraq göstərir
# 01 sentyabr 2009 12:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın 40-a yaxın səyahət agentliyi «Merlin Online» Rezervasiya Sisteminin tətbiqinə maraq göstərir. «APA-Economics»in «Türkiyə Turizm» portalına istinadən verdiyi məlumata görə, bu barədə adıçəkilən sistemin qurucusu, Türkiyənin «Global Access» şirkətinin baş direktoru Barkın Tümay bildirib.

Sistemə müxtəlif ölkələrdən maraq ifadə olunduğunu deyən B.Tümay ötən həftə Bakıda səfərdə olduğunu və sözügedən proqramın tətbiqinə maraq göstərən 40-a yaxın Azərbaycan şirkəti üçün seminar keçdiyini bildirib. Artıq Azərbaycanın «Millennium Turizm» şirkəti bu sistemi tətbiq edən ilk xarici şirkət seçilib.

B.Tümay onu da vurğulayıb ki, yaxın vaxtlarda Gürcüstan, Qazaxıstan, Rusiya, Suriya və Liviyada da bu sistemi tətbiq edən agentlər seçiləcək.

Qeyd edək ki, «Merlin Online» Rezervasiya Sisteminə dünyada təxminən 200 min otel, bütün hava yolları, beynəlxalq kirayəyə götürmə firmaları və s. inteqrasiya olunub. Bu ilin iyun ayında istifadəyə verilən sistemə dünyanın müxtəlif ölkələrindən 3 minə yaxın səyahət agentliyini daxil etmək planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR