Bank Of Baku

Azərbaycanda Avropa İttifaqının “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi – Lot 6” proqramının Tərəfdaşlıq Konfransı keçiriləcək

Azərbaycanda Avropa İttifaqının “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi – Lot 6” proqramının Tərəfdaşlıq Konfransı keçiriləcək
# 08 sentyabr 2009 08:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üçün “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi – Lot 6” proqramının Tərəfdaşlıq Konfransı keçiriləcək. Azərbaycan Turizm İnstitutundan APA-ya verilən məlumata görə, “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi” proqramı Avropa İttifaqı ölkələri ilə yeni yaranmış müstəqil dövlətlər arasında təhsil sahəsində əməkdaşlığın inkişafını sürətləndirmək məqsədilə həyata keçirilir və Avropa Birliyi tərəfindən maliyyələşdirilən təhsil sahəsində mühafizə layihəsidir. Bu layihə tələbələri, tədqiqatçıları, akademik heyət, eyni zamanda özəl və ictimai sektor təmsilçilərini inkişaf imkanları ilə təmin edir. Proqramın qaliblərindən Azərbaycan Turizm İnstitutu 2007-ci ildən Yunanıstan, Fransa, Latviya, Bolqarıstan, İtaliya, Portuqaliya və Niderlandın 16 ali təhsil müəssisəsi ilə akademik heyət və tələbə mübadiləsi həyata keçirir. Layihə çərçivəsində Azərbaycan Turizm İnstitutunda Portuqaliyadan akademik heyətin 2 üzvü dərs deyib, həmin ölkədən 1, Fransadan isə 2 magistr tələbə mübadilə çərçivəsində təhsil alıblar. 2007/2008-ci tədris ilində institutun akademik heyətindən 5 tələbə, 2 magistrant və 1 tədqiqatçı Avropaya göndərilib. 2008/2009-cu tədris ilində isə akademik heyətdən 1 nəfər Fransanın Anjer Universitetində olub. Hazırda 6 tələbə, 2 tədqiqatçı, 1 doktor, 1 magistrant təhsillərini Avropa institutlarında davam etdirirlər.

Proqram zamanı qazanılmış nailiyyətləri və ilkin mərhələnin yekunlarıı müzakirə etmək məqsədilə layihə iştirakçısı olan Azərbaycanın ali məktəblərində 9-13 sentyabr tarixində tədbirlər keçiriləcək. Analoji tədbirlər Avropa, eyni zamanda qonşu dövlətlərin hər birində təşkil edilib. Konfrans keçiriləcək günlərdə layihə üzrə tərəfdaş ölkələrin –Yunanıstan, Portuqaliya, İtaliya, Niderland, Bolqarıstan və Gürcüstanın ali məktəblərinin nümayəndələri, eyni zamanda yunan iş adamları Azərbaycana səfər edəcəklər. Tədbirin rəsmi açılış mərasiminin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov, Avropa İttifaqının nümayəndəsi, həmçinin layihənin əlaqələndiricisi Tania Kapikinin çıxışı ilə başlanması nəzərdə tutulub. Çıxışlardan sonra layihədən faydalanan Azərbaycan Turizm İnstitutunun tələbələri və akademik heyəti məruzələr edəcəklər. Eyni zamanda konfransın gedişində layihə təşkilatçıları tərəfindən ən yaxşı tələbənin mükafatlandırma mərasimi olacaq. Konfransın ingilis dilində keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR