Azərbaycanda Beynəlxalq Turizm Günü münasibətilə tədbirlər keçiriləcək
11 sentyabr 2009 11:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Sentyabrın 27-də Beynəlxalq Turizm Günü Azərbaycanda silsilə və maraqlı tədbirlərlə qeyd olunacaq. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O, sentyabrın 29-da iki il müddətində turizm sahəsində görülən işlərlə bağlı hesabat verəcəklərini bildirib: “Keçirəcəyimiz mətbuat konfransında turizmlə əlaqəli xeyli məlumatlar verəcəyik. Eyni zamanda builki turizm mövsümü haqqında danışacağıq”.
Ə. Qarayev onu da əlavə edib ki, oktyabrın 2-də Azərbaycan nümayəndə heyəti Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək növbəti iclasında iştirak edəcək.

Turizm
Norveçli səyyah: Qarabağın nəhəng turizm potensialı var
14:49
3 may 2024
İƏT rəsmisi: Şuşanın turizm paytaxtı seçilməsi Qarabağa turist axınını artıracaq
15:08
2 may 2024
Norveçli səyyahlar Şuşada səfərdə olub - FOTO - VİDEO - YENİLƏNİB
12:58
2 may 2024
Xusrav Noziri: Yaxın illərdə Şuşa İƏT-in rəsmi turizm paytaxtı olacaq
12:00
2 may 2024