Bank Of Baku

Bakıda Asiya ölkələrində bəşəri və mədəni irsin istifadəsinin turizmin təbliğində rolu üzrə mütəxəssislərin regional görüşü keçiriləcək

Bakıda Asiya ölkələrində bəşəri və mədəni irsin istifadəsinin turizmin təbliğində rolu üzrə mütəxəssislərin regional görüşü keçiriləcək
# 28 sentyabr 2009 14:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Bakı-İslam Mədəniyyəti Paytaxtı” elan olunması çərçivəsində 30 sentyabr-2 oktyabr tarixlərində “Asiya ölkələrində bəşəri və mədəni irsin istifadəsinin turizmin təbliğində rolu üzrə mütəxəssislərin regional görüşü” adlı tədbirin keçirilməsi nəzərdə tutulur. Regional görüşün Mədəniyyət və Turizm Nazirliyi və İSESKO - İslam Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının Tehrandakı Regional Ofisi ilə birgə keçirilməsi planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşün məqsədi mədəni irs və turizm sahəsində çalışan beynəlxalq və yerli mütəxəssislərin bilik və təcrübə mübadiləsidir. Həmçinin bu müxtəlif sahələrin bir-biri ilə olan sıx əlaqələrinin tədqiqidir. Beynəlxalq tədbirdə Azərbaycan, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, İndoneziya və Malayziyadan mütəxəssislər iştirak edəcək. İSESKO-nun Tehrandakı Regional Ofisinin rəhbəri Abbas Sədri görüşdə məruzə ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR