Parisdə keçirilən beynəlxalq turizm sərgisində ermənilərin təxribatının qarşısı alınıb
29 sentyabr 2009 10:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Parisdə keçirilən Beynəlxalq Turizm Sərgisində ermənilərin təqdim etdiyi stenddə Dağlıq Qarabağ ərazisi “Qarabağ dağları” kimi təqdim olunub. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. Nazir qeyd edib ki, sərgidən əvvəl ermənilərin bu hərəkətindən xəbər tutsalar da, bu problemi qismən həll edə biliblər: “Mədəniyyət sahəsində olduğu kimi, turizm sahəsində də ermənilər beynəlxalq tədbirlərdən istifadə edərək Dağlıq Qarabağı istədikləri kimi təqdim edirlər. Biz bununla mübarizə aparmağa çalışırıq və bu mübarizə daha da güclənəcək. Fransanın Paris şəhərində keçirilən Beynəlxalq Turizm Sərgisində Azərbaycanla yanaşı Ermənistan da iştirak edirdi. Sərgidən əvvəl biz onların stendində hər dəfə olduğu kimi Dağlıq Qarabağı müstəqil bir ölkə kimi təqdim edəcəklərini öyrəndik. Məhz bunun qarşısını almaq üçün Fransanın müvafiq nazirliyinə, Azərbaycanın Fransadakı səfirliyinə, Xarici İşlər Nazirliyinə müraciət etdik və problemi qismən də olsa çözdük və Dağlıq Qarabağ “Qarabağ dağları” kimi təqdim olundu”.
Turizm
Azərbaycan Körfəz ölkələri arasında ən çox səyahət edilən ölkə seçilib
16:45
7 may 2024
Dəmiryolçular Bakı Marafonunda uğurla iştirak edərək küləyə qalib gəldilər - FOTO
14:50
5 may 2024
Norveçli səyyah: Qarabağın nəhəng turizm potensialı var
14:49
3 may 2024
İƏT rəsmisi: Şuşanın turizm paytaxtı seçilməsi Qarabağa turist axınını artıracaq
15:08
2 may 2024