Bank Of Baku

Şahdağ Qış-Yay İdman-Turizm Kompleksinin inşasına ümumilikdə 2 milyard avro vəsait xərclənəcək

Şahdağ Qış-Yay İdman-Turizm Kompleksinin inşasına ümumilikdə 2 milyard avro vəsait xərclənəcək
# 29 sentyabr 2009 10:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Qusarda təməl qoyma mərasimi keçirilmiş Şahdağ Qış-Yay İdman-Turizm Kompleksinin inşasına ümumilikdə 2 milyard avro vəsait xərclənəcəyi nəzərdə tutulur. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir qeyd edib ki, bu məbləğin 25 faizi dövlət, 75 faizi özəl şirkətlərin öhdəsinə düşəcək: “Ümumilikdə Şahdağ Qış-Yay İdman-Turizm Kompleksinin inşasına dövlət tərəfindən bu məbləğin 25 faizini, yəni təxminən 400 milyon manatı ödəniləcək. Bu məbləğə kompleksin ilkin işlərindən əlavə, 300-400 nəfərlik bir mehmanxananın tikilişi daxildir. 5000 nəfər insanı qəbul edəcək kompleks-şəbəkənin isə özəl şirkətlər tərəfindən tikilməsi nəzərdə tutulur. Kompleksin tikintisində Avstriya-İsveçrənin birgə şirkətinin layihəsi istifadə olunacaq. Eyni zamanda Türkiyənin Uludağ İstirahət Kompleksinin də iş təcrübəsindən istifadə etməyi düşünürük. Kompleksin qaz şəbəkəsinin qurulması “Azento” şirkəti, işıq sisteminin Azərbaycan Dövlət Enerjisi Şirkətinin Layihə İnstitutu, su və kanalizasiya sistemi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək. Bu şirkətlərin hər biri elan olunan tenderdə qalib gəliblər. Kompleksin 3-4 il müddətində tikiləcək. Artıq həmin kompleksdə işləmək üçün xüsusi mütəxəssislər hazırlanır. Bu kompleksdə ancaq və ancaq bu sahənin biliciləri və mütəxəssislər toplanacaq”. Ə. Qarayev deyib ki, artıq Azərbaycan Turizm İnstitutunda Şahdağ Kompleksində çalışmaq üçün tələbələrin hazırlanmasına start verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR