Azərbaycanda fəaliyyəti dayandırılan istirahət mərkəzlərinin siyahısı açıqlanıb
29 sentyabr 2009 13:52 (UTC +04:00)
APA-nın məlumatına görə, bu siyahını bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıqlayıb. Nazir bildirib ki, bundan başqa Qubada “Asma körpü”, “Sahil”, “Qəçrəş” və “Minarə”, Lerikdə isə “İstanbul” istirahət mərkəzləri mehmanxana fəaliyyətini dayandıraraq yalnız restoran kimi xidmət göstərəcəklər: “Bütün bunlar bir monitorinqin nəticələridir. Bu monitorinqlər davamlı olacaq. Nazirliyin mütəxəssisləri bir neçə lisenziya alan mehmanxanalarda apardıqları monitorinq zamanı bir çox nöqsanlarla qarşılaşıblar. Monitorinq komissiyasının verdiyi arayışa əsasən məlum olub ki, Şəki şəhərində yerləşən “Narınqala” istirahət mərkəzi, Qəbələdə “Çənlibel” və “Sahil”, Lerikdə ”Çənlibel”, “Təbəssüm”, “Meşəbəyi”, “Ağgöl”, “Altun”, “Xəyal” istirahət mərkəzləri, Lənkəranda “Bəşərül”, “Qızıltac”, “Dalğa” mehmanxanalarının, Xaçmaz və Masallıda bir neçə obyekt istisna olmaqla, yerdə qalan heç bir turizm obyektinin mətbəxlərində sanitar-gigiyenik qaydalara riayət olunmur. Şəkidəki “Marxal” istirahət mərkəzində otaqlar heç bir standartlara cavab vermir və turistlərin burada qalması məsləhət görülmür. Quba rayonunda fəaliyyət göstərən “Avan” və “Panda” istirahət mərkəzlərində qonaqların yerləşdirilməsi üçün heç bir münasib şərait yaradılmayıb”. Nazir bildirib ki, “Avan” istirahət mərkəzində ümumiyyətlə qonaqlara qarşı etik davranış qaydalarına belə əməl olunmur.
Turizm
Dəmiryolçular Bakı Marafonunda uğurla iştirak edərək küləyə qalib gəldilər - FOTO
14:50
5 may 2024
Norveçli səyyah: Qarabağın nəhəng turizm potensialı var
14:49
3 may 2024
İƏT rəsmisi: Şuşanın turizm paytaxtı seçilməsi Qarabağa turist axınını artıracaq
15:08
2 may 2024
Norveçli səyyahlar Şuşada səfərdə olub - FOTO - VİDEO - YENİLƏNİB
12:58
2 may 2024