Xəzər Beynəlxalq İnvestisiya Şirkəti Azərbaycanın turizm sektorunda layihədə iştirakdan imtina edib
21 oktyabr 2009 08:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İnvestisiya Şirkəti (AIC) və İslam İnkişaf Korporasiyası (ICD) tərəfindən təsis edilən Xəzər Beynəlxalq İnvestisiya Şirkəti (CIIC) turizm sahəsini əhatə edən layihədə iştirakdan imtina edib. Bu barədə «APA-Economics»ə CIIC-nin icraçı direktoru Toğrul Köçərli məlumat verib.
Onun sözlərinə görə, imtinanın əsas səbəbi turizm sahəsində icra olunacaq layihələrin çoxunun spirtli içkilərlə bağlı olması əlaqədardır: «CIIC şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyi üçün bu layihədə bizim iştirakımız fəaliyyət prinsiplərimizə ziddir».
Qeyd edək ki, hazırda CIIC Azərbaycanda kənd təsərrüfatı və inşaat sektorunda layihələrin icrasında iştirak edir.
Xatırladaq ki, AIC ilə ICD arasında şəriət prinsipləri əsasında fəaliyyət göstərəcək müştərək investisiya şirkətinin yaradılmasına ilə bağlı qərar 2007-ci ilin noyabr ayında AİŞ-in Müşahidə Şurasının iclasında qəbul edilib. Hazırda şirkətin nizamnamə kapitalı 23 mln. manat təşkil edir ki, gələcəkdə bu rəqəm 55 mln. manata çatdırılacaq.

Turizm
Norveçli səyyah: Qarabağın nəhəng turizm potensialı var
14:49
3 may 2024
İƏT rəsmisi: Şuşanın turizm paytaxtı seçilməsi Qarabağa turist axınını artıracaq
15:08
2 may 2024
Norveçli səyyahlar Şuşada səfərdə olub - FOTO - VİDEO - YENİLƏNİB
12:58
2 may 2024
Xusrav Noziri: Yaxın illərdə Şuşa İƏT-in rəsmi turizm paytaxtı olacaq
12:00
2 may 2024