Bakıda «Turizm və rekreasiya: problemlər və perspektivlər» mövzusunda konfrans keçirilib
19 dekabr 2009 11:04 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu gün Bakıda «Turizm və rekreasiya: problemlər və perspektivlər» mövzusunda elmi-praktiki konfrans keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, bu sahədə keçirilən elmi konfransların iştirakçılarının sayı artıb və onların arasında ali məktəblərin və elmi ocaqların coğrafiyası genişlənib: «Bugünkü konfransda turizmin bütün sahələri əhatə edilir. Tədbir mövcud vəziyyəti əks etdirməyə hazırdır və növbəti mərhələdə görüləcək işlərə tövsiyələr verə bilər. Bizim əsas məqsədimiz ən istedadlı və cəsarətli tələbləri turist şirkətlərinə və turizm sənayesinə işləməyə cəlb etməkdir. Biz hesab edirik ki, turizmin inkişafı Azərbaycanda ildən-ilə kifayət qədər yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Bu il Azərbaycan Turizm İnstitutunun ilk buraxılışı olacaq və əminəm ki, bundan sonra Azərbaycanın turizm infrastrukturunda hazırlıqlı peşəkarların sayı daha çox olacaq».
Konfrans üç bölmədən, hər bölmə isə iki sessiyadan ibarət olub. Belə ki, birinci bölmə «Turizm və rekreasiya ehtiyatlarının tədqiqinin nəzəri və praktiki əhəmiyyəti», ikinci bölmə «Turizm bazarı: müasir durum, təhlükəsizlik inkişaf perspektivləri», üçüncü bölmə isə «Ekoturizm və onun inkişaf problemləri» mövzusuna həsr edilib.
Sonda konfrans çərçivəsində bölmə sədrlərinin hesabatları açıqlanıb və iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, konfransda Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Turizm İnstitutunun nümayəndələri məruzələrlə çıxış ediblər.

Turizm
Dəmiryolçular Bakı Marafonunda uğurla iştirak edərək küləyə qalib gəldilər - FOTO
14:50
5 may 2024
Norveçli səyyah: Qarabağın nəhəng turizm potensialı var
14:49
3 may 2024
İƏT rəsmisi: Şuşanın turizm paytaxtı seçilməsi Qarabağa turist axınını artıracaq
15:08
2 may 2024
Norveçli səyyahlar Şuşada səfərdə olub - FOTO - VİDEO - YENİLƏNİB
12:58
2 may 2024