Yunanıstan xaricdəki turizm nümayəndəliklərinin 1/3-ni bağlayır

Yunanıstan xaricdəki turizm nümayəndəliklərinin 1/3-ni bağlayır
# 25 dekabr 2009 09:02 (UTC +04:00)
Bakı – APA-Economics. Yunanıstan parlamenti 2010-cu il üçün ölkənin büdcəsini təsdiqləyib.

APA-Economics”in məlumatına görə, sənəddə büdcə kəsirinin Ümumi Daxili Məhsula nisbəti 12,7%-dən 9,1%-ə endirilib.

Büdcə kəsirinin ixtisarı bir sıra xərclərin azaldılması hesabına baş verib. Parlament Yunanıstanın xaricdəki turizm nümayəndəliklərinin 1/3-nin bağlanmasını, milli müdafiəyə ayrılan xərclərin azaldılmasını, bankların top-menecerlərinin bonuslarına 90% vergi tətbiq olunmasını və büdcəyə digər dəyişiklikləri qəbul edib.

Yunanıstanın parlament müxalifəti bütünlüklə büdcə layihəsinin əleyhinə səs verib. Amma hakim sosialist partiyasının deputatları çoxluq təşkil etdiyindən, bu, heç nəyi dəyişməyib – 160 lehinə, 140 əleyhinə, 1 bitərəf.

Yunanıstanın büdcəsi ətrafında müzakirələr bütün dünyada maraqla izlənilib. Belə ki, dünyanın üç aparıcı reytinq agentliyi - Standard & Poor’s, Moody’s və Fitch Yunanıstanın reytinqini aşağı salıb. Buna səbəb ölkənin xarici borcunun 300 mlrd. dollara çatmasıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR