Bank Of Baku

“Kurtlar Vadisi” serialının baş qəhrəmanı: “Qəbələ cənnətin özüdür”

“Kurtlar Vadisi” serialının baş qəhrəmanı: “Qəbələ cənnətin özüdür”
# 19 mart 2010 10:46 (UTC +04:00)
Qəbələ. Elbrus Seyfullayev-APA. Azərbaycanda səfərdə olan “Kurtlar Vadisi” serialında əsas rolları canlandıran aktyorlar bu gün Qəbələ rayonunun təbiət mənzərələri ilə tanış olublar. APA-nın Qəbələdə olan müxbirinin məlumatına görə, türkiyəli aktyorlara Qəbələnin tarixi, turizm potensialı, təbiəti barədə məlumat verilib. Qonaqlar, həmçinin istirahət zonaları, tarixi abidələrlə tanış olublar.

Serial qəhrəmanlarının Qəbələyə səfərlərinin bu gün başa çatacağı, onların Türkiyəyə geri dönəcəkləri gözlənilir.

“Kurtlar Vadisi Pusu”nun baş rolunun (Polat Alemdar) ifaçısı Necati Şaşmaz APA-nın əməkdaşı ilə söhbətində Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçirdiyini deyib. Qəbələ rayonunu çox bəyəndiyini bildirən aktyor buranın böyük turizm potensialı olduğunu vurğulayıb. N. Şaşmaz hər kəsə Qəbələ kimi gözəl təbiəti olan bir məkanla tanış olmağı arzuladığını da deyib. Burada qış turizm mərkəzlərinin yaradılması üçün şəraitin olduğunu deyən məşhur aktyor xarici turistləri Qəbələyə çağırıb: “Biz Qəbələdə tam bir cənnətin içinə düşdük. Qəbələ cənnətin özüdür”.

Qeyd edək ki, «Kurtlar Vadisi» serialının qəhrəmanları Polat Alemdar (Necati Şaşmaz), Abdulhey (Kənan Çoban), Ərhan (Ərhan Ufuk), Tuncay (Osman Vöber) və başqaları dünən Azərbaycana gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR