Bank Of Baku

“Euronews”, CNN, “National Geographic”, BBC və CNBC-də Azərbaycanın turizm potensialı haqqında reklam çarxları nümayiş etdiriləcək

“Euronews”, CNN, “National Geographic”, BBC və CNBC-də Azərbaycanın turizm potensialı haqqında reklam çarxları nümayiş etdiriləcək
# 07 aprel 2010 11:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Euronews”, CNN, “National Geographic”, BBC və CNBC kanallarında Azərbaycanın turizm potensialı haqqında videorolik və reklam çarxlarının nümayişi başlanacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, beynəlxalq telekanallarda Azərbaycan turizm potensialını əks etdirən yeni reklam çarxlarının nümayişinə aprelin sonlarından başlanması nəzərdə tutulur.

Ə. Qarayev yaz və yay aylarında turizm obyektlərində qiymətlərin aşağı salınması məsələsinə də toxunub. Nazir bu işin Tarif Şurası tərəfindən həyata keçirildiyini vurğulayıb: “Bu qiymətləri bazar özü müəyyənləşdirəcək. Nazirlik dövlət olaraq turizm bazarında əmələ gələn qiymətlərə müdaxilə edə bilməz. Nə qədər çox mehmanxana, turizm şirkəti olarsa o qədər yaxşıdır. Çünki bu halda rəqabət nəticəsində qiymətlər aşağı düşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR