Bank Of Baku

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi sosial turizm layihələri hazırlayacaq

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi sosial turizm layihələri hazırlayacaq
# 13 aprel 2010 11:04 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA -Economics. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycanda 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” çərçivəsində sosial turizm layihələri hazırlamağı planlaşdırır.

APA-Economics”in məlumatına əsasən, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə verdiyi açıqlamada qeyd edib: “Sosial turizm layihələrinin hazırlanması ilə bağlı Dövlət Proqramında xüsusi bənd mövcuddur. Bu layihələr bizim tərəfimizdən Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə hazırlanacaq”.

Nazirin sözlərinə görə, bu təyinatlı proqramlar müxtəlif sahələrdə çalışan aztəminatlı insanlar üçün nəzərdə tutulacaq və onların müəyyən yerlərdə istirahətinin təşkilini təmin edəcək: “Bu il Bakıda keçiriləcək Beynəlxalq Turizm Sərgisində biz ilk dəfə olaraq xüsusi yerlərdə Azərbaycanın bütün regionlarının turizm potensialını nümayiş edəcəyik. Hazırda hazırlıq işlərinə başlanılıb və dövlət proqramında nəzərdə tutulduğu kimi, ölkədə daxili turizmin sistemləşdirilməsi məsələsi vacib məqamlardan biridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR