Bank Of Baku

Bu il Azərbaycana turist axınının səviyyəsi 2 mlrd. nəfər olacaq

Bu il Azərbaycana turist axınının səviyyəsi 2 mlrd. nəfər olacaq
# 13 aprel 2010 12:21 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın turizm sənayesində turist dövriyyəsi son 7 ildə 432 mln. turistdən 1,122 mlrd. turistədək artıb.

APA-Economics”in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, bu il təkcə Novruz bayramı zamanı ölkəyə İrandan 100 min turist gəlib. Nazirlik milli bayramlar və mövsümdən asılı olaraq turist şirkətlərinin öncədən turistlərin ölkəyə cəlb edilməsi istiqamətində tədbirlərin sayını artırmasını tövsiyə edir.

Ölkədə son dövrdə hər il 20-25 yeni mehmanxananın tikintisi başlanılıb və hazırda Azərbaycanda 50 müxtəlif səviyyəli mehmanxanalar tikilir. Bunların arasında dünya şöhrətli “Marriott” və “Hilton” hotelləri ilə yanaşı, orta səviyyəli mehmanxanaları da qeyd etmək olar. Nəticədə son illər ərzində turistlərin yerləşdirmə yerlərinin sayı 3 dəfə artıb.

Bununla yanaşı, 300-ə qədər mehmanxana nazirliyin lisenziyasını alıb, hazırda 20 müraciətə baxılır və yaxın zamanda lisenziyalar təqdim ediləcək, 50 mehmanxananın şəraiti standartlara uyğun gəlmədiyi üçün lisenziyası verilməyəcək.

Nazirliyin lisenziyalaşma şöbəsinin rəhbəri Mayıl Qəhrəmanovun sözlərinə görə, bu il ölkəyə 2 mlrd. nəfərdən artıq turist axınının olacağı və nəticədə 1,1 mln. manat gəlir gələcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR