Bank Of Baku

İyunda Bakı-Krit adası aviareysi açılacaq

İyunda Bakı-Krit adası aviareysi açılacaq
# 20 aprel 2010 15:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyun ayında Bakı-Krit adası (Yunanıstan) çarter sərnişin aviareyslərinin uçuşlarına başlanacaq.

«APA-Economics»in məlumatına görə, bu gün Bakıda yeni aviareysin təqdimatı mərasimi keçirilib.

Tədbirdə Yunanıstanın nümayəndə heyəti, Azərbaycan Turizm Assosiasiyası (AzTA), Azərbaycanın bir sıra turizm şirkətlərinin nümayəndələri iştirak edib. AzTA-nın İdarə Heyətinin sədri Nahid Bağırov qeyd edib ki, Bakı-Krit adası çarter aviareysi üzrə uçuşlar cari ilin iyun ayının 12-dən etibarən hər həftənin VI günləri «Airbus-319» avialayneri ilə yerinə yetiriləcək.

«SilkWay Travel» turizm şirkətinin direktoru Şirzad Əfəndiyev tədbir iştirakçılarına Krit adasında istirahət üçün turpaketlər haqda ətraflı məlumat verib. O qeyd edib ki, 3 ulduzlu hotellərdə istirahət üçün bir paketin qiyməti 600 avrodan, 4 ulduzlu hoteldə 800 avrodan, 5 ulduzlu hoteldə istirahət etmək üçün isə 1 000 avrodan başlayır: «Turizm paketlərinə əsasən aviabilet, transfer və gündə 3 dəfə yemək daxildir».

Tədbirdə çıxış edən Yunanıstanın «Kalamaki» turizm şirkətinin meneceri Ronalds Petersons isə öz növbəsində Krit adasından danışıb və bildirib ki, perspektivdə Azərbaycan turistləri üçün Yunanıstanın kurortlarının coğrafiyası genişləndiriləcək: «Krit adasında turistlər həm ekskursiya, həm aktiv istirahət, həm çimərlik istirahətindən yaralana biləcək. Ümumiyyətlə, bu adada istirahət növünün imkanları məhdud deyil».

Qeyd edək ki, Bakı-Krit adası çarter aviareysi AzTA-nın dəstəyi, «Kalamaki», «SilkWay Travel», «Xəzər Travel» və «Improtex Travel» şirktələrinin təşkilatçılığı ilə yerinə yetiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR