Mədəniyyət və Turizm Nazirliyi Azərbaycana gələn turistlərin sayını 3-5 mln. nəfərə çatdırmaq niyyətindədir
28 aprel 2010 12:39 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycana xarici ölkələrdən gələn turistlərin sayı 1 mln. 490 min nəfərə, ölkədən turist səyahətlərinə gedənlərin sayı isə 2 mln. nəfərə yaxın təşkil edir.
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.
Qarşıda duran məqsədlərdən bəhs edən nazir “Bizim məqsədimiz Azərbaycana gələn turistlərin sayının 3-5 milyonadək artırılmasıdır” - deyib.
Qiymətlərə gəldikdə isə Ə.Qarayev bildirib ki, hotellərin sayı artdıqca, qiymət endirimi də gözləmək olar. Amma turizm sahəsində fəaliyyət göstərən şirkətlərin xidmətləri standartlara cavab vermədiyi halda, onlara xidmət keyfiyyətinə və səviyyəsinə görə lisenziyalar verilməyəcək: “Hazırda Azərbaycanda fəaliyyət göstərən 40 hotelə nazirliyin lisenziyası verilməyib, çünki onların göstərdikləri xidmət səviyyəsi standartlara uyğun deyil”.

Turizm
Dəmiryolçular Bakı Marafonunda uğurla iştirak edərək küləyə qalib gəldilər - FOTO
14:50
5 may 2024
Norveçli səyyah: Qarabağın nəhəng turizm potensialı var
14:49
3 may 2024
İƏT rəsmisi: Şuşanın turizm paytaxtı seçilməsi Qarabağa turist axınını artıracaq
15:08
2 may 2024
Norveçli səyyahlar Şuşada səfərdə olub - FOTO - VİDEO - YENİLƏNİB
12:58
2 may 2024