Stavropol diyarının sanatoriya və kurort komplekslərində istirahət edənlərin 20%-i azərbaycanlılardır
29 aprel 2010 14:29 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda keçirilən IX Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2010” sərgisi və I Regional Turizm sərgisində Stavropol diyarının Kurortlar və Turizm Assosiasiyasının üzvü olan 16 şirkət iştirak edir.
APA-Economics»in məlumatına görə, Stavropol diyarının Kurortlar və Turizm Assosiasiyasının prezidenti Sergey Nekrasov jurnalistlərə açıqlamasında bildirib ki, “AITF 2010” sərgisində Stavropol diyarının sanatoriya və kurort kompleksləri üzrə xidmətləri təqdim edir.
Birgə stendin tərkibinə öz unikal sanatoriya müalicəsi ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı, Pyatiqorsk kimi kurort şəhərlərinin ekspozisiyaları daxildir. Stavropol diyarının turizm operatorları sərgidəki iştiraklarını Azərbaycandan Stavropol regionuna olan yüksək maraqla əlaqələndirirlər. Belə ki, bu sanatoriyaların ən azı 20%-i Azərbaycandan olan qonaqlar tərəfindən tutulur.
S.Nekrasovun sözlərinə görə, bu göstərici bazarın genişləndirilməsinin məqsədəuyğun olmasında öz əksini tapıb: “Biz gərək köhnə tərəfdaşlarımızla daha yaxından tanış olaq və yeni tərəfdaşlarla əlaqələr quraq. Ümumilikdə isə əlaqələrimizi sahmana salaq və daha da genişləndirək. Ümid edirik ki, Bakıda keçirilən turizm sərgisi sayəsində bütün bunları həyata keçirmək mümkün olacaq”.

Turizm
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv olub
17:29
25 aprel 2024
Nazir: Azərbaycanla Macarıstan arasında uçuşların sayı məni təəccübləndirib
10:54
25 aprel 2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:28
25 aprel 2024
Bu il Azərbaycana gələn Qazaxıstan vətəndaşlarının sayı 135% artıb
17:29
24 aprel 2024