Bank Of Baku

Türkiyə ilə Rusiya arasında viza rejimi aradan qaldırılıb

Türkiyə ilə Rusiya arasında viza rejimi aradan qaldırılıb
# 12 may 2010 14:40 (UTC +04:00)
APA-Economics”in “İnterfax”a istinadən məlumatına görə, sazişlərdən biri iki ölkə arasında viza rejiminin aradan qaldırılması haqqındadır.

Sazişə əsasən, Rusiya vətəndaşları 30 gün ərzində Türkiyə ərazisində vizasız yaşaya bilərlər. Əvvəllər isə onlar Türkiyə sərhədində aldıqları viza üçün 20 dollar ödəyirdilər.

Bundan başqa, Medvedev və Ərdoğan Samsun və Qafqaz limanları vasitəsilə beynəlxalq dəmir yolu və bərə nəqliyyatının təşkili, eləcə də rusiyalı mütəxəssislərin Türkiyədə AES tikintisində iştirakı haqda saziş imzalayıblar.

Tərəflər həmçinin bir sıra memorandumlar imzalayaraq, ali təhsil sahəsində əməkdaşlıq, buğdanın keyfiyyətinin və təhlükəsizliyinin təmini, quş ətinin satışı və fitosanitar tələblərə riayət olunması kimi məsələlərdə razılığa gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR