Şimali Qafqazda 5 iri kurort tikiləcək
17 may 2010 08:11 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiya prezidenti Dmitri Medvedevin göstərişi ilə 2020-ci ilədək Şimali Qafqazda 5 yeni dağ-xizək kurortu tikiləcək.
“APA-Economics”in Rusiyada nəşr olunan “Kommersant” qəzetinə istinadən məlumatına görə, tikintiyə 450 mlrd. rubl (14,8 mlrd. dollar) sərf olunacaq.
Layihənin hazırlanması prezidentin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinə tapşırılıb. Plana əsasən, obyektlər Matlasda (Dağıstan), Mamisonda (Şimali Osetiyada), Arxızda (Qaraçay-Çərkəz), Laqo-Nakidə (Adıgey) və Elbrusda (Kabardin-Balkar) inşa olunacaq.
Qeyd edək ki, kurortların tikintisi üçün nəzərdə tutulan vəsaitin həcmi 2014-cü ildə Soçidə keçiriləcək Olimpiadaya sərf olunacaq vəsaitdən iki dəfə çoxdur. Bu kurortlarda 23-29 min nömrəlik hotellər inşa ediləcək. Layihədə iştirakla investisiya təklifləri “Morgan Stanley”, “JPMorgan”, “Citi”, “Allianz” kimi şirkətlərə, eləcə də digər suveren və investisiya fondlarına göndərilib.

Turizm
Dəmiryolçular Bakı Marafonunda uğurla iştirak edərək küləyə qalib gəldilər - FOTO
14:50
5 may 2024
Norveçli səyyah: Qarabağın nəhəng turizm potensialı var
14:49
3 may 2024
İƏT rəsmisi: Şuşanın turizm paytaxtı seçilməsi Qarabağa turist axınını artıracaq
15:08
2 may 2024
Norveçli səyyahlar Şuşada səfərdə olub - FOTO - VİDEO - YENİLƏNİB
12:58
2 may 2024