Avropa hotelləri qiymətləri aşağı salır
16 iyun 2010 08:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin əvvəlindən ilk dəfə olaraq Avropa hotelləri qiymətləri aşağı salmağa başlayıb. Turistlər arasında 50 ən populyar Avropa şəhərlərinin 38-də qiymətlər endirilib.
«APA-Economics»in məlumatına görə, orta hesabla Avropa hotellərinin qiyməti 124 avrodan 117 avroya düşüb. Lakin ayrı-ayrı şəhərlərdə turistlər üçün qiymətlər daha əlverişli istiqamətdə dəyişib. Belə ki, Barselonada (İspaniya) mehmanxanalarda otağın qiyməti 24% azalaraq təxminən 141 avro, Turində (İtaliya) 29% azalaraq 101 avro, Sevilyada (İspaniya) 16% azalaraq 93 avro təşkil edib.
Bununla yanaşı, İtaliyanın Milan və Bolonya kimi şəhərlərində hotellər 2010-cu ildə ilk dəfə xidmətlərini müvafiq olaraq 112 avro və 83 avroya təklif edir. Eyni zamanda Brüssel (Belçika), Münhen, Frankfurt Düsseldorof və Köln (Almaniya) kimi şəhərlərində də hotellərdə nömrələrin qiymətləri ucuzlaşıb. Böyük Britaniya mehmanxanaları da qiymətləri 12% aşağı salıb. Nəticədə burada bir nömrənin qiyməti təxminən 156 avro təşkil edir.
Avropanın bir qədər isti ölkələrində də qiymətlər endirilib. Belə ki, Afinada (Yunanıstan) hotellər qiymətləri 9%, Lissabonda (Portuqaliya) 11%, Roma (İtaliya) və İstanbulda isə 13% aşağı salıb.
Buna baxmayaraq, Şimali Avropa hotellərində otaqların qiyməti bahalaşıb. Məsələn, Amsterdam (Hollandiya) və Kopenhagendə (Danimarka) qiymətlər 7%, Stokholmda (İsveç) 8%, Berlində (Almaniya) isə 13% bahalaşıb.

Turizm
İƏT rəsmisi: Şuşanın turizm paytaxtı seçilməsi Qarabağa turist axınını artıracaq
15:08
2 may 2024
Norveçli səyyahlar Şuşada səfərdə olub - FOTO - VİDEO - YENİLƏNİB
12:58
2 may 2024
Xusrav Noziri: Yaxın illərdə Şuşa İƏT-in rəsmi turizm paytaxtı olacaq
12:00
2 may 2024
Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşa bilər
11:32
2 may 2024