Bank Of Baku

«Mardan Palace» Türkiyənin ən uğurlu 5-ulduzlu hoteli seçilib

«Mardan Palace» Türkiyənin ən uğurlu 5-ulduzlu hoteli seçilib
# 25 iyun 2010 08:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanlı milyarder Telman İsmaylova məxsus olan və Antalyada yerləşən «Mardan Palace» mehmanxanası Türkiyənin ən uğurlu 5-ulduzlu hoteli adını qazanıb.

«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hər il keçirilən «Türkiyənin ən uğurlu investisiya layihələri» müsabiqəsi çərçivəsində «Mardan Palace» hoteli fəxri mükafata layiq görülüb. Belə ki, sözügedən mehmanxana «ən uğurlu beşulduzlu hotellər» nominasiyasında qalib gəlib.

Qeyd edək ki, «Mardan Palace» 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Hotelin tikintisinə 1,4 mlrd. ABŞ dolları məbləğində vəsait xərclənib. «Mardan Palace» Antalya hava limanından 15 km aralıqda Aralıq dənizi sahilində yerləşir. Hoteldə müxtəlif kateqoriyalı 560 nömrə mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR