«Dünyanın səkkizinci möcüzəsi» açılacaq
25 iyun 2010 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Sinqapurda dünyanın «səkkizinci möcüzə»si açılacaq.
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Sinqapurda ümumi sahəsi 1 hektar təşkil edən və 200 metr hündürlükdə yaradılan park açılacaq. Yeni layihəyə artıq «dünyanın səkkizinci möcüzəsi» adı da verilib.
Sözügedən park üç 55 mərtəbəli binanın damlarını birləşdirərək inşa olunub ki, hər üç bina «Marina Bay Sand» hotelinə məxsusdur. Sahəsi 12,4 min kvadrat metr olan (təxminən 3 futbol stadionu) ərazidə kazino, restoranlar, baxış meydançası və şəlaləli hovuz tikiləcək. Parkda həmçinin, 250 növ ağac və 650 növ bitkilər əkiləcək.
Park bir dəfəyə 3,9 min ziyarətçini qəbul etməyə malik olacaq. «Səkkizinci möcüzə»nin inşasına 5,5 mlrd. ABŞ dolları sərf olunub ki, investorlar bu vəsaiti yaxın gələcəkdə geri qaytaracaqlarını bildirir.
Yeni parka turistlər problemsiz daxil ola biləcək. Lakin yerli əhali buraya daxil olmaq üçün 70 dollar ödəməli olacaq ki, bu da yerli oyunbazları pullarını xərcləməkdən qoruyub saxlamaqdan ötrü edilib.

Turizm
Norveçli səyyah: Qarabağın nəhəng turizm potensialı var
14:49
3 may 2024
İƏT rəsmisi: Şuşanın turizm paytaxtı seçilməsi Qarabağa turist axınını artıracaq
15:08
2 may 2024
Norveçli səyyahlar Şuşada səfərdə olub - FOTO - VİDEO - YENİLƏNİB
12:58
2 may 2024
Xusrav Noziri: Yaxın illərdə Şuşa İƏT-in rəsmi turizm paytaxtı olacaq
12:00
2 may 2024