Bank Of Baku

«Gəncəbank» müştərilərə «Turizm krediti» adlı yeni kredit növünü təqdim edib

«Gəncəbank» müştərilərə «Turizm krediti» adlı yeni kredit növünü təqdim edib
# 05 iyul 2010 11:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC müştərilərə «Turizm krediti» adlı yeni kredit növünü təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «GranitAS» və «Delta Group» turizm şirkətləri vasitəsilə müştərilər Avropa və Türkiyənin istənilən kurort yerlərinə səyahət edə bilərlər.

«Turizm kredit» növünün şərtlərində kreditin müddəti 6-12 ay, illik faiz dərəcəsi 36%, kreditin məbləği isə 2 min manatdır. Minimum ilkin ödəniş səyahət biletinin dəyərinin 20%-ni təşkil edir.

Xatırladaq ki, «Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 5 filialı, 6 bankomatı və 14 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR